Gənc oğlan özünü bıçaqladı

14 İyul 2021 08:40 (UTC+04:00)

Abşeronda intihara cəhd hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Höküməli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Niyazov Ağamərdi Fəxrəddin oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.