Sabirabadda qadını zorlayanlar həbs edildi

14 İyul 2021 09:00 (UTC+04:00)

Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Sabirabad Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.