Alla Puqaçovanın keçmiş həyat yoldaşı vəfat edib

14 İyul 2021 09:13 (UTC+04:00)

SSRİ Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç həkimlərin səyinə baxmayaraq “Baxruşının” xəstəxanasında vəfat edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, A.Stefanoviç koronavirusdan dünyasını dəyişib.

Əvvəl ev şəraitində müalicə olunsa da, vəziyyəti pisləşdiyindən iyulun 5-də xəstəxanaya yerləşdirilib. Koronavirusun ağ ciyərini zədələməsi səbəbindən ölüb.

Rejissorun harada və nə vaxt dəfn ediləcəyi açıqlanmayıb.
Qeyd edək ki, Stefanoviç Alla Puqaçova ilə əməkdaşlığa başladıqdan sonra məşhurlaşmışdı. 1977-ci ildə o, Alla ilə evlənib. Lakin evlilik uzun sürməyib, 1981-ci ildə cütlük ayrılıb.