"Neftçi" - "Dinamo" oyununa bilet satışı dayandırıldı

14 İyul 2021 12:13 (UTC+04:00)

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səbəb biletlərin bitməsidir. İyulun 13-də satışa 4 000-dək bilet satışa çıxarılsa da, hamısı gün ərzində satılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah stadion tutumunun 50 faizinə azarkeşlərin buraxılmasına razılıq verdiyindən, 11 minlik "Bakcell Arena"da tribunaların yarısı boş qalacaq.

Satışdan əldə olunan vəsaitin yarısı Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fonduna köçürüləcək.