Bulvarda özünü dənizə atdı

21 İyun 2013 07:45 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfər özünü intihar məqsədi ilə dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:35-də başa çatıb.

Elnarə
AzNews.az