Ermənistan xüsusi təyinatlıları Oxçuçayı çirkləndirən kombinatda əməliyyat keçirir

14 İyul 2021 12:46 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, kombinatın təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin müəssisədən mis və molibden ixrac edilməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, Zəngəzur Mis-Molibden Kombinatı Ermənistandan mənbəyini götürməklə Azərbaycan ərazisində Araz çayına tökülən Oxçuçayı radioaktiv tullantılarla çirkləndirir.