Moskva aeroportları nəzarətə götürüldü – terror həyəcanı

21 İyun 2013 07:55 (UTC+04:00)
Bu gün Rusiya paytaxtı Moskvada bütün aeroportlarda təhlükəsizlik tədbirləri gücləndirilib.


Buna səbəb Çelyabinskdən Moskvaya terroristin gəldiyi barədə anonim zəng daxil olmasıdır.

Hüquq-mühafizə orqanlarını məlumatına görə, zəng edən şəxs Çelyabinskin Kopeysk şəhərindən içərisində terroristin olduğu təyyarənin gəldiyini bildirib.

Həmin şəxsin Moskvada partlayış törədəcəyi də daxil olan məlumatlar arasındadır.

Buna görə də hazırda bütün təyyarə reysləri nəzarətə götürülüb.

Elnarə
AzNews.az