Rusiyaya QH-da müşahidəçi statusu verilib

14 İyul 2021 19:23 (UTC+04:00)

Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı (QH) yanında müşahidəçi statusu verilib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşü 2023-cü ilin sonunda Uqandada keçiriləcək.