Obamaya sui-qəsd - Təfərrüat

21 İyun 2013 08:07 (UTC+04:00)
ABŞ prezidentinə və müsəlmanlara qarşı kimyəvi sılah hazırlandı

FBI prezident Obamaya və İsrailə qarşı çıxan müsəlmanlara sui-qəsd etmək üçün yüksək radiasiya şüalanması verən "X-Ray silahı" hazırlayan iki şəxsi həbs edib.

Bəzi mətbuat orqanları silahı hazırlayan şəxslərin Obamanı hədəfə aldığını bildirsə də, "Guardian" əsas hədəfin müsəlmanlar olduğunu yazıb.

Saxlanlan şəxslər "General Electric"in tekniki əməkdaşı Glendon Scott Cravford və mühəndis Eric J. Feiqhtdir. Onlara qarşı irəli sürülən ittiham isə ölümcül radiasiya yayan "X-Ray" silahını hazırlamaq olub. İttihamlar təsdiqini tapacağı təqdirdə hər iki şəxsi 15 il həbs cəzası gözləyir.

FBI-nin məlumatına görə, adıçəkilən şəxslər uzun müddət yeni sui-qəsd silahı üzərində işləyib. Onların hədəfində prezident Barak Obama və İsrailə qarşı olan müsəlman müxalifət var.

Bir yük maşınını içində tapılan silahın hazırlanmasına maddi yardım etmək üçün hər iki şəxsin irqçi "Ku Klux Klan" təşkilatı və bəzi İsrail dərnəklərinə müraciət etdiyi də bildirilir.

Silah yaradıcılarının Obamaya onu öldürəcək qədər nifrət etmələrinə səbəb isə müsəlmanları Amerikaya yerləşdirməsi və Boston partlayışına görə məsuliyyət daşımasıdır.

Elnarə
AzNews.az