Qəbələdə 77 yaşlı qadın intihar edib

15 İyul 2021 14:44 (UTC+04:00)

Qəbələ rayonunda qoca qadın intihar edib.

Hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1944-cü il təvəllüdlü Ülkər Lətif qızı Məmmədova özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.