"Qoymaram boşanasan" deyib qadınlara təcavüz edən molla ifşa olundu - VİDEO

16 İyul 2021 08:25 (UTC+04:00)

İstanbulda qadınları aldadaraq onlara təcavüz edən din xadimi ifşa olunub. Qadınları boşanmasının qarşısını alacağı vədini verərək onlara qarşı iyrəncliyə yol verən din xadiminin görüntüləri yayılıb.

AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, "cinsi hoca" ləqəbli Burhan Dağlı barəsində məhkəmə 2 il həbs cəzası, 1320 tl cərimə qərarı çıxarıb.

"Qoymaram boşanasınız" deyən "hoca"nın bir daha belə bir hərəkətə yol verməyəcəyinə inanan məhkəmə sonda cəzasını azaltmaq qərarına gəlib. "Günahkaram" deyə bildirən din xadimi "Mənə atılan böhtaları qəbul etmirəm. Kimsədən pul almadım, qarşı tərəf mənə iftira atıb. Bu səbədən də günahkar çıxarıldım. Bəraət istəyirəm" deyib.