ABŞ-da dörd polis güllələnib

16 İyul 2021 08:37 (UTC+04:00)

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb.

Bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir.

Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəç açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib. (report)