Ukrayna DİN rəhbəri niyə istefa verib?

16 İyul 2021 10:07 (UTC+04:00)

“Arsen Avakov daxili işlər naziri vəzifəsindən Prezident Volodimir Zelenskinin xahişi ilə istefa verib”.

Bu barədə DİN nazir müavini Anton Geraşenko “Ukraina24” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Avakov “əbədi nazir” olmağı planlaşdırmayıb. Odur ki, Avakov prezidentin təklifini sakit qarşılayıb. “Avakov bu təklifi çox sakit qarşıladı, o çoxdan özünü buna hazırlayırdı”.

Geraşenko deyib ki, hazırda Avakov məzuniyyətdədir. Ukraynaya qayıtdıqdan sonra prezidentə köməyini davam etdirəcək.(azpost.info)