Şarl Mişel Azərbaycana gələcək

16 İyul 2021 15:09 (UTC+04:00)

Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.