“Hər kəs Qarabağda antiterror əməliyyatına hazır olmalıdır”

16 İyul 2021 20:45 (UTC+04:00)

"Hər kəs antiterror əməliyyatlarına hazır olmalıdır. Çünki Ermənistan bizim ərazilərimizi atəşə tutur, onlar Bəyənnamənin tələblərini pozurlar”.

Aznews.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

O, bildirib ki, torpaqları qorumaq bizim borcumuzdur:

"Ora bizim öz ərazimizdir, bu, bizim işimiz və borcumuzdur. Azərbaycan əsgərini, vətəndaşlarını, torpaqlarını qorumalıyıq. Buna görə də biz antiterror əməliyyatlarına hər an hazır olmalıyıq”.