Dolların avroya qarşı məzənnəsi artır

16 İyul 2021 21:29 (UTC+04:00)

ABŞ dollarının məzənnəsi bu gün axşam hərraclarında bir qədər artıb.

Aznews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18.33-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,1812-dən 1,1805-dək azalıb. Eyni zamanda dolların yenə qarşı məzənnəsi 109,86-dan 110,14-dək artıb. Həmçinin ABŞ-ın 6 başlıca ticarət tərəfdaşı ölkəsinin valyutalarına nisbəti əks etdirən dolların indeksi də 0,1 faiz artaraq 92,72 bəndə çatıb.

Dolları gücləndirən amillər arasında ABŞ-a aid statistik məlumatlar, o cümlədən pərakəndə ticarət həcminin ötən ay ərzində gözlənilən 0,4 faiz azalmasına qarşı 0,6 faiz artması göstərilir. Bununla yanaşı, ev təsərrüfatlarının ölkə iqtisadiyyatına etimadını əks etdirən göstərici sayılan Miçiqan İstehlakçı Qiymətləri İndeksi (MCSI – Michigan Consumer Sentiment Index) bu ay gözlənildiyi kimi 85,5-dən 86,5 bəndə yüksəlmək əvəzinə 80,8 bəndə geriləyib.

Bununla yanaşı, avrozonada inflasiya həddi iyun ayı ərzində gözləntilərə uyğun olaraq 2 faizdən 1,9 faizədək azalıb, ticarət balansının qalığı isə may ayında 10,9 milyard avrodan gözlənilmədən 7,5 milyard avroyadək azalıb.

Bundan əlavə, iqtisadiyyata dövlət dəstəyini azaltmaq üçün məşğulluq və inflyasiya ilə bağlı kifayət qədər irəliləyişin olmamasına dair FED rəhbəri Cerom Pauelin açıqlaması monetarist siyasətinin sərtləşəcəyinə dair şübhələri dəf edib.