"Tottenhem" Qaret Beyldən imtina etdi

17 İyul 2021 11:40 (UTC+04:00)

Müqavilə ilə İspaniya "Real Madrid"inə məxsus olan və ötən mövsümü icarə əsasında İngiltərə "Tottenhem"ində keçirən Qaret Beyl London klubunda qalmayacaq.

AzNews.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin yeni baş məşqçisi Nunu Eşpiritu Santu yerli mətbuata açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis uelsli yarımmüdafiəinin xidmətində maraqlı olmadıqlarını bildirib. Hazırda İspaniyada olan 32 yaşlı oyunçunun taleyinə "kral klubu" ilə danışıqlardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Qaret Beylin "Real Madrid"lə 2022-ci ilin yayınadək müqaviləsi var.