Vaksin olunmuş səhiyyə naziri koronavirusa yoluxdu

17 İyul 2021 18:27 (UTC+04:00)

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

Aznews.az-ın məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, koronavirusa qarşı vaksinin iki dozası ilə peyvənd olunduğu üçün xəstəliyin simptomları zəifdir.

Qeyd edək ki, Böyük Britaniyanın bundan əvvəlki səhiyyə naziri Mett Henkok da 2020-ci ilin yazında koronavirusa yoluxmuşdu.