Bu il Bakıda itkin düşən 65 şəxs tapılmayıb

17 İyul 2021 23:59 (UTC+04:00)

Bu il Bakıda itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub.

Aznews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində qeyd edilib.

Qeyd olunub ki, onlardan 146 (130) şəxs müəyyən edilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyən edilməsi mümkün olmayıb.