Bakıda ər arvadını bıçaqladı

18 İyul 2021 09:26 (UTC+04:00)

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Məmiyeva Aidə Sərhəd qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.