Bakıda kafedən ət götürüb yeyən pişiyin ayağını kəsdilər - VİDEO

18 İyul 2021 10:00 (UTC+04:00)

Bakıda pişiyin ayağını balta ilə kəsiblər.

AzNews.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb.

Məlumata görə, buna səbəb pişiyin kafedə kabab ətini yeməsi olub.

Video sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb və bunu edənlərin cəzalanması tələb edilib.