Kraliçadan Gəncənin 4000 illiyi ilə bağlı təbrik məktubu

21 İyun 2013 09:46 (UTC+04:00)
İordaniya Kraliçası Ülyahəzrət Noo Al-Hussein, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Gəncə şəhərinin 4000 illiyinə həsr etdiyi layihə ilə bağlı xüsusi təbrik məktubu ünvanlayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, məktubda Gəncənin dünyanın ən qədim məskunlaşmış şəhərlərindən biri olduğu qeyd edilib: "Gəncə tarixi olaraq dünya sivilizasiyalarının qovşağı olub və 12-ci əsrin əfsanəvi şairi, filosof və böyük islahatçı olan dahi Nizami Gəncəvinin doğulduğu bir məkandır.

Tarixi Gəncə şəhəri, əsrin böyük imkanları və insan potensialı olan Azərbaycan üçün kritik sayılan 21-ci qovşağında özünəməxsus yer tutması üçün çox əhəmiyyətli bir mərhələdir. Bu təşəbbüslə çıxış etdiyi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm.

Gəncə şəhərinin 4000 illiyinə həsr olunmuş tədbirlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Qəyyumlar Şurasının himayəsi və dəstəyi ilə reallaşdırılan bir layihədir. İyul ayında layihənin təqdim olunması planlaşdırılır.

AzNews.az