Deputatın bacısı Türkiyə vətəndaşı ilə evləndi - FOTOLAR

19 İyul 2021 12:33 (UTC+04:00)

Milli Məclisin deputatı Qənirə Paşayevanın bacısı ailə həyatı qurub.

AzNews.az xəbər verir ki, Manset.az əldə etdiyi məlumata görə, millət vəkilinin bacısı Kəmalə Paşayeva Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Toy mərasimi Binə Atçılıq Mərkəzində keçirilib. Məclisdə bir sıra millət vəkilləri, komitə sədrləri, müğənnilər, tanınmış ictimai-siyasi xadimlər iştirak edib.