Əfqanıstanın bəzi əraziləri Talibandan azad olunub

19 İyul 2021 15:40 (UTC+04:00)

Əfqanıstanın cənubundakı Helmənd əyalətinin Qərmsir qəzası Taliban hərəkatının dəstələrindən azad edilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi sözçüsü Fəvad Aman “Twitter” hesabında paylaşım edib

Əfqanıstan Milli Ordusu tərəfindən keçirilmiş əməliyyat zamanı 20 talibançının öldürüldüyü, onlarla yaralının olduğu, xeyli miqdarda silah və hərbi ləvazimatın ələ keçirildiyi qeyd edilib.