İlham Əliyev Moskvaya səfər edəcək

19 İyul 2021 17:22 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir.

AzNews.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Belə bir səfər hazırlanır", - deyə o, bildirib.

"Bu işçi səfər olacaq. Mövqelərin dəqiqləşdirilməsi nəzərdə tutulur", - deyə o, Azərbaycan liderinin səfəri gedişində hər hansı sənədin imzalanması gözlənilirmi sualına cavabında bildirib.