Mingəçevirdə heroin və metamfetamin satan şəxslər saxlanılıb

19 İyul 2021 19:57 (UTC+04:00)

Mingəçevirdə narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

Aznews.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb.

Şəxsin üzərinə baxış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Araşdırma zamanı şübhəli şəxsin 2 ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (pati) satdığı da müəyyən edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.