Taliban Əfqanıstanın daha iki mahalını ələ keçirib

19 İyul 2021 21:33 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Əfqanıstanın Kapisa və Qəzni vilayətlərində daha iki bölgə Taliban rəhbərliyinin nəzarətinə keçib.

"Anadolu" xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Taliban hücumundan sonra Nijrab (Kapisa) və Malistan (Qəzni) inzibati mərkəzlərindən geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.

Eyni zamanda, Əfqanıstan Müdafiə Nazirliyi Samangan vilayətinin Dere-i Suf Bala bölgəsi üzərində nəzarəti geri qaytardığını elan edib.