Türkiyədə bu gün koronavirusdan 50 nəfər ölüb

19 İyul 2021 23:14 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 50 nəfər həyatını itirib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 min 513 nəfər test edilib, onların 7 min 767-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 152 nəfər sağalıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca keçən həftə ilə müqayisədə ölkədə COVİD-19-a yoluxma sayının 30 faiz artdığını vurğulayıb.
Nazirin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 63 milyon 680 min 206 peyvənd tətbiq edildiyi qeyd olunub.