Ərdoğanın evinə 3 min nəfər hücum edib
21 İyun 2013 10:39 (UTC+04:00)
Etirazçılar Türkiyəni beynəlxalq arenada çıxılmaz vəziyyətdə qoymaq istəyirmişlər
"Gəzi parkı" aksiyalarının 1 iyun gecəsi hədəfi baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı evini və iş ofisini, habelə Ankaradakı evini işğal etmək olub. "Haber7.com" saytının yayığı məlumata görə, etirazçılar baş nazirin evində və ofisində şəkil çəkdirərək bu şəkilləri sosial şəbəkələrdə yaymaq, Türkiyəni beynəlxalq arenada çıxılmaz vəziyyətdə qoymaq istəyiblər. Xüsusi xidmət orqanlarının hesabatına görə, nəzərdə tutulan bu işğal hərəkatının qarşısını "Yunuslar" (Yunuslar – olduqları şəhərdə mütəmadi reydlər keçirən motosikletli polis dəstələri) adlı polis dəstələri alıb.
Qeyd edək ki, baş nazirin paytaxt Ankaranın Keçiören rayonundakı evinə hücum edən 3 min nəfərlik qrupun radikal solçu qrupların üzvləri olduğu müəyyənləşib. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bu vaxt Şimali Afrika ölkələri səfərində olub.
AzNews.az