Elçibəyin oğlunun toyu olacaq

20 İyul 2021 10:24 (UTC+04:00)

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlilik yoluna qədəm qoyur.

AzNews.az Turkustan.info-ya istinadən xəbər verir ki, Ərturqutun nişanlısı Aytək xanım Ə.Elçibəyin köməkçilərindən olmuş qohumu Mirhadi Yusiflinin qızıdır. Onların “qız toyu” iyunun 22-də Naxçıvanda – Kələki kəndində olacaq.

Ərturqut bəyin toyu iyulun 30-da Bakıda gerçəkləşəcək.