Olimpiya Oyunlarının şüarı dəyişdirildi

20 İyul 2021 11:30 (UTC+04:00)

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.

Bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub.

Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü!"

"Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək. (report)