Tbilisidə daha bir körpə koronavirusdan ölüb

20 İyul 2021 12:19 (UTC+04:00)

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan vəfat edib.

İkiaylıq uşaq ağır vəziyyətdə iyulun 1-də Abxaziyadan Tbilisiyə çatdırılmışdı.

Xəstəxanada müalicə alan COVID-19 diaqnozlu digər körpənin vəziyyəti yaxşılaşıb.