Ajda Pekkanı gənc saxlayan 500 min dollarlıq içki

20 İyul 2021 18:12 (UTC+04:00)

Türkiyəli 75 yaşlı məşhur müğənni Ajda Pekkanın cavan qalmasının səbəbi məlum olub.

Aznews.az “Snob Magazin”ə istinadla xəbər verir ki, məşhur aktrisa Taylandda hazırlanan “ölümsüzlük iksiri” içirmiş.

Bir litri 500 min dollara olan iksir 50 milli litrlik şüşələrdə satılır.

Pekkan bir şüşəsi 25 min dollar olan bu məhlulu ildə təxminən iki dəfə qəbul edir.