Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

20 İyul 2021 20:12 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.

Aznews.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.