Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

20 İyul 2021 21:37 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 792 209 təşkil edir.