Tokio-2020 Yay Olimpiya Oyunları başladı

21 İyul 2021 09:08 (UTC+04:00)

Softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Yaponiyanın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də gerçəkləşəcək. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl başlayır. 1996-cı ildən sonra ilk dəfə Yay Olimpiya Oyunlarının yarış proqramına futbolsuz start verilib.