"880 il Sənsiz" filmi təqdim edilib

21 İyul 2021 12:28 (UTC+04:00)

Sumqayıt Gənclər evi müvafiq sərəncamı rəhbər tutaraq öz fəaliyyətində "Nizami ili" ilə əlaqədar tədbirlər planı hazırlayıb icra etməkdədir.

AzNews.az xəbər verir ki, bu gün Sumqayıt Gənclər evi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "880 il Sənsiz" adlı qısametrajlı filmi ictimaiyyətə təqdim edir.

Qeyd edək ki, Sumqayıt Gənclər evi 22 fevral tarixində Nizami Gəncəvinin yaradıcılığı mövzusunda Türk dilli dövlətlərin şair, yazıçı və elm adamları ilə birgə geniş miqyaslı konfrans keçirib.