2032-ci ildə Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək

21 İyul 2021 12:43 (UTC+04:00)

AzNews.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.