Türkan Şoray 11 il sonra ekranlara qayıdır

21 İyul 2021 18:13 (UTC+04:00)
Türkiyənin məşhur aktrisası Türkan Şoray aparıcılıq edəcək.

Aznews.az türk mediasına istinadən xəbər verir ki, aktrisa 11 il sonra proqramlardan birindən təklif alıb. Türkan Şoray efirdə aktyorlar, müğənnilər və iş dünyasının tanınmış simaları ilə həmsöhbət olacaq.

Aktrisanın təklifi müsbət qarşıladığı bildirilib. Proqramın yeni mövsümdə işıq üzü görəcəyi planlaşdırılır.