"Azərbaycanlıların müharibə təcrübəsi bizim üçün çox vacibdir” - Ukraynalı hərbi ekspert

21 İyul 2021 19:31 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bu fikirləri Ukraynanın məşhur “Znay 24” onlayn kanalının efirində ukraynalı hərbi ekspert Yuri Koçevenko səsləndirib.

Onun sözlərinə görə, millətin bütün qüvvəsi, konsentrasiyası, diqqəti, səyləri və istəyi bu torpaqları geri qaytarmağa, onları azad etməyə yönəlmişdi: “Sonda buna müvəffəq oldular. Onlar torpaqları ordularının gücü ilə geri qaytarmağa hazır idilər. Azərbaycanlılar vaxt itirmədilər. Onların müharibə təcrübəsi bizim üçün çox vacibdir”.