Britaniyada son sutkada koronavirusdan 73 nəfər ölüb

21 İyul 2021 23:59 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 44 104 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 563 006 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 73 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 896 nəfərə çatıb.