Mayalıların şəhəri tapıldı - min il sonra

21 İyun 2013 11:19 (UTC+04:00)
Arxeoloqlardan ibarət beynəlxalq qrup Meksikanın əlçatmaz cəngəlliklərində apardıqları araşdırma zamanı mayaların qədim şəhərini tapıb.


İlkin təxminlərə görə, şəhərdə 10 minlərlə insan yaşayıb. Cəngəlliklər arasında gizlənən şəhərə artıq min ildir ki insan ayağı dəyməyib.

22 ha ərazidə yerləşən şəhər tamamilə təsadüfən tapılıb. Çünki şəhər barədə heç bir tarixi mənbədə məlumat olmayıb. Cəngəlliklər içində kilometrlərlə yol qət edən ekspedisiya üzvləri çox sayda heykəl, ibadət yeri, hətta top oynamaq üçün meydança da tapıblar.

Eyni zamanda hündürlüyü 23 metr olan 15 piramida da aşkar edilib. Bəzi abidlər hələ də yaxşı qorunduğundan onların üstündəki yazıları oxumaq mümkündür.

Elnarə
AzNews.az