Putin və Paşinyan telefonla danışdı

22 İyul 2021 23:59 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər.