"Patı" çəkən qadın körpəsi ilə birgə sığınacaqda - YENİLƏNİB

23 İyul 2021 15:27 (UTC+04:00)

Nizami" metrostansiyasının yaxınlığında videosu yayılan ana və körpəsi sığınacağa yerləşdirilib.

Bu barədə Lent.az-a məlumat verən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın köməkçisi bildirib ki, sözügedən videoda yer alan qadın əvvəllər gəlincik ilə gəzib:

“Ona görə də elə biliblər ki, videodakı uşaq gəlincikdir. Ancaq məlum olub ki, körpədir. Hazırda ana və körpəsi sığınacaqdadır. Dövlət qurumları ilə birgə məsələni araşdırıb sizlərə məlumat verəcəyik”.

10:52

Daxili İşlər Nazirliyinin (DİN) Məbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmalara aparılıb.

"Məlum olub ki, həmin qadının yanındakı uşaq yox, gəlincikdir”, - DİN-dən bildirilib. (report)