Şuşaya dəmir yolu xətti çəkiləcək

23 İyul 2021 12:38 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir.

“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.