Ayaz Həsənov vəzifəsindən azad edildi

23 İyul 2021 18:00 (UTC+04:00)

General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.