Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı təyin edilib

23 İyul 2021 19:31 (UTC+04:00)

General-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncamına əsasən, Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.