Azərbaycanda vizaların alınması qaydaları dəyişdirildi

21 İyun 2013 12:19 (UTC+04:00)
Azərbaycanda ölkədən getmək və ölkəyə gəlməklə bağlı vizaların alınması qaydaları dəyişdirilib.


Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında" qanuna dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, vizaların alınması üçün dövlət rüsumunun ödənilməsi üçün qəbz ləğv olunub. Bunun əvəzində vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər.

AzNews.az