Ağsuda yol qəzası olub, sürücü ağır yaralanıb

24 İyul 2021 23:59 (UTC+04:00)

Ağsuda baş verən yol qəzasında minik avtomobili yoldan 30 metr kənara, biçilmiş taxıl sahəsinə düşüb, sürücü ağır xəsarət alıb.

Aznews.az xəbər verir ki, hadisə Ağsu-Padarçöl avtomabil yolunun 5-ci kilometrində, Ərəbuşağı kəndinə yaxın ərazidə olub.

Belə ki, Gəgəli kənd sakini Aqil Böyükağa oğlu Süleymanovun idarə etdiyi 36-BF-054 nömrəli “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.