Qubada 66 yaşlı kişi intihar edib

25 İyul 2021 09:59 (UTC+04:00)

Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb.

Hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.

Qeyd edək ki, Q. Abasovun evdə tək yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)